"Media Consulting & Services" şirkəti 10 televiziya, 55 çap və 500 onlayn media daxil olmaqla 565 -dən çox mənbədə işıqlandırılan məlumatları say, xarakter və məzmun üzrə təhlil edərək, sektorlar üzrə şirkətlərin media reytinqini hesablayıb.
“AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova qeyd edib ki, cari ilin iyun ayında otelin təşkilatçılığı ilə “Baku Fashion Club” ın təqdimatı və “Musiqi Bayramı 2” tədbirləri keçirilmişdir. İyul ayında “Excelsior Hotel & Spa Baku” oteli açıq hovuz ətrafında ənənəvi yay tədbiri, “AtaHolding” Şirkətlər Qrupunun PR sahəsində 6 aylıq hesabatının təqdimatı keçiriləcək”.
“Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel & Spa Baku” oteli 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar, “Aura” sağlamlıq mərkəzindən ibarətdir.