Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çənlibelin dərdi çəkiləsi deyil - FOTOLAR
Şəhərin istisindən, səs-küyündən, stressindən, sıxıcı havasından bir az uzaqlaşıb Xəzər kənarında istirahət etmək istəyənlər üçün alternativlər azdır. Çünki dəniz hasarlanıb. Xəzərin hasarlanması ilə yanaşı, dəniz suyunun çirklənməsi nəticəsində burada ekoloji şərait korlanıb.

Odur ki, bütün bu problemlərdən şikayətlənənlər, rahatlığını dağlıq, meşəlik və göl olan ərazilərdə tapa bilər. Biz də arzuolunan həftəsonu üçün bunu etdik. Üz tutduq Quba rayonunun Nügədi kəndinə. Rayon mərkəzindən təxminən 14 km. məsafədə yerləşən bu ərazidə sıx Qəçrəş meşəlikləri və Çənlibel gölü var. Bu göl Göygölü xatırladır. Ətraf yaşıllıq və dağlarla əhatə olunub. Bulaq suyu və təbiəti ilə bura gələnləri özünə heyran edən Çənlibel gölü sahilində apardığımız müşahidə bizdə təəssüf hissi yaratdı. Belə ki, burda da təbiətin bəxş etdiyi yerin özəlləşdirldiyinin, hasarlandığının şahidi olduq. Gölün sahili, dağlar, yaşıllıqlar hasarlanıb, istirahət mərkəzləri tikilib və tikilməkdə davam edir. Biznesmenlər xidmətini “od qiymətinə” ediblər. Samovar çayı 5 manat, manqal 5 manat, bisetka 15 manatdır.

Bir az geri qayıdaq. Gölə gedən yol bərbad vəziyyətdədir. Üstəlik, turizm məkanı olan Çənlibel gölünə gedən yolların üzərində məlumatverici-göstərici nişanların qoyulmamasını təəssüflə qeyd edə bilərik. Məcbur qalıb addımbaşı maşını saxlayıb yerli sakinlərdən istiqaməti soruşub, maraqlanırdıq.

Gölün ətrafında sərin və təmiz hava var. Təəssüf olsun ki, istirahət mərkəzləri yaşıllıqları məhv edir və çirkli suları Çənlibel gölünə axıdır. Burada tikinti işləri davam edir. Hazırda gölün sahilində hotel tikilir, kanalizasiya xətti çəkilir. Çənlibeldə üzmək qadağan olunsa da, göldə qayıqla gəzmək olar. Bunun üçün isə 2 manat ödəniş etmək lazımdır. Təəssüf olsun ki, qayıqda hərəkət edən nə gəmisürücülərinə, nə də sərnişinlərə qoruyucu gödəkçə verilmir. Deyilənə görə, bura balıqçıların məkanıdır. Amma orda olduğumuz 5 saat müddətində göldən balıqçıya rast gəlmədik.

Bütün bu problemlərə baxmayaraq, təbiət sevənlər üçün Çənlibel göl sahilində istirahət arzuolunandır. Müsbət hallardan biri odur ki, bu tipli digər yerlərdən fərqli olaraq Çənlibelə özünüzlə yemək, içki gətirmək qadağan deyil. Atla gəzinti isə sizlərə unudulmaz anları bəxş edəcək. Gölün ətrafında atla bir dövr vurmağın qiyməti 2 manatdır. Bulaq suyu, meşəliklər, quşların səsi əhatəsində siz özünüzü əsl cənnət məkanda hiss edəcəksiniz. Buraya gələrkən özünüzlə palaz, qarpız, yemək, çay gətirib, gölün ətrafında əyləşə bilərsiniz. Ailəvi piknik üçün yaxşı yerdir.

Burada ölkənin şimal bölgəsinin sakinləri ilə yanaşı tur şirkətləri vasitəsi ilə səfər edən Bakı sakinlərinə də rast gəldik. Onlar ümumi mənzərənin arzuolunan olduğunu ifadə etdilər. Qonaqlardan onu da öyrəndik ki, “Bakı-Qəçrəş-Çənlibel gölü-Bakı” turu üçün 30 manat ödəniş ediblər. Tur paketə Qəçrəş meşəsini, Çənlibel gölünü və Memorial Kompleksinə səyahət etmək daxildir.

Söhbat zamanı Bakı sakinləri burda qala bilməyəcəklərini deyirlər. Çünki burda qalmaq üçün yer yoxdur. “Lake” istirahət mərkəzinin əməkdaşı bizimlə söhbətində bildirdi ki, Nügədi kəndində gecələmək üçün kirayə evlər təklif olunur. O, yaxın gələcəkdə-iki ildən sonra isə burada “Lake” adlı hotelinin tikilib istifadəyə veriləcəyini bildirdi.

Qonaqlar isə fərqli düşünürlər, həm qiymət, həm xidmət baxımından hotellərdə gecələməyə üstünlük vermirlər. Onlar təəssüflə bildirir ki, kamplar-düşərgələr dünyanın hər yerində geniş yayılsa da, Azərbaycanda bu ənənə demək olar, yox səviyyəsindədi.

Bakı sakini Elnur Əli bildirir ki, regionlarda olan istirahət mərkəzlərinin əksəriyyəti şəhər otellərindən fərqlənmir, eyni xidməti təqdim edir: “Bu isə bizə tam istirahət zövqünü yaşamağa mane olur. Elə ona görə də, təbiətin ağuşuna çəkilmək lazımdır. Burada gözəllikdən zövq alaraq dincəlmək üçün dağların ətəyində, sıx meşənin dərinliklərində kamplar qurmaq arzuolunandır”.

Ramid İBRAHİMOV

[gallery columns="1" size="large" ids="6509,6510,6511,6512,6513,6514,6515">

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
Son xəbərlər
Bütün xəbərlər »