Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampın köməkçisindən xərçəng xəstəsinə qarşı iyrənc zarafat

ABŞ prezidenti Donald Trampın özəl köməkçisi Kelli Sadlerin bir müddətdir beyin xərçəngi ilə mübarizə aparan Respublikaçı senator Con Makkeyn haqqında dedikləri gündəm olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Evdəki daxili görüşdə “işgəncəçi” ləqəbli Gina Haspelin Mərkəzi Kəşfiyyat İdarəsinin direktorluğu kreslosuna oturmasına Makkeyn qarşı çıxıb. Bu hadisəni görən Sadler isə “fikri önəmli deyil, onsuz da ölür” ifadəsini işlədib. İclasdakı digər iştirakçılar bu zarafatın yersiz olduğunu deyib.

Ağ Ev Şadlerin bu “zarafat”ını yalanlamayıb. Trampın köməkçisi mövzu ilə bağlı mətbuata açıqlama verməkdən imtina edib. Amma “The Hill” qəzeti mənbəyinin məlumatına görə, Sadler Makkeynin qızına zəng edərək ondan üzr istəyib.

Son xəbərlər
Bütün xəbərlər »