Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaqlara şokolad paylayan yaşlı qadını döyərək öldürdülər - Video

Hindistanda yol soruşmaq üçün dayandığı kənddə uşaqlara şokolad paylayan Rukmani adlı 65 yaşlı qadın kəndlilər tərəfindən uşaq oğrusu hesab edildiyi üçün döyülərək öldürülüb.

Moderator.az xəbər verir ki, Cənubi Hindistanın Tiruvannamalai bölgəsində yaşlı qadının uşaqlarla danışıb onlara şokolad verdiyini görən yerli xalq qadına hücum edib. Yaşlı qadın aldığı zərbələr nəticəsində həyatını itirib.

Qadının yanındakı 3 qohumu da vətəndaşlar tərəfindən döyülüb. Qurbanların bir ailə səfəri və məbədi ziyarət etmək üçün yola çıxdıqları öyrənilib.

Nəvələri ilə küçədə oturan yaşlı bir qadından yol soruşan Rukmani daha sonra uşaqlara yanındakı şokoladlardan paylamağa başlayıb. Yaşlı qadın kəndlilərə bir uşaq oğrusunun yanında olduğu xəbər verdikdən sonra vətəndaşlar bir anda toplanaraq qadına hücum ediblər.

Maşınlarına minib uzaqlaşmaq istəyən 4 nəfərlik qrupun qarşısı kəsilib və maşının içərisindəkilər zorla bayıra çıxarılaraq ölənə qədər döyülüb. Qurbanlar pasportlarını göstərib vəziyyəti izah etməyə çalışsalar da kəndlilər onlara inanmayıb.

Polis hadisə ilə əlaqədar 43 nəfəri həbs edib və hər birinin cinayətdən mühakimə olunacağını bildirib.

Son xəbərlər
Bütün xəbərlər »