Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Otona Maki - Yapon terapiyası
Yaponiyada son günlərdə dəbə minən Otona Maki terapiyası sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu müalicə üsulu bir çox cəhətdən faydalıdır.

Yaponlar Otona Maki terapiyasını körpələr üçün olan qundaq bezləri ilə həyata keçirir. Yaponlar iddia edir ki, bələnmək yetkin insanlara da müsbət təsir göstərir. Bələmə müalicəsi hər gün 20 dəqiqə müddətinə tətbiq olunur. Otona Maki etdirmək istəyən adamlar kürək üstü yerə uzanır, dizlərini qarınlarına doğru çəkir sonra təlimçi gəlib onları bələyir. Başdan ayağa qundaqlanan insanlar sonra yüngülcə sağa sola fırlanır.

Otona Maki masajı fizioterapiyaya alternativ olaraq əsasən qadınlara təklif edilir. Çünki analar doğuşdan sonra orqanizmdə şişkinlik və müxtəlif sağlamlıq problemlərindən əziyyət çəkir. Xüsusən kürək ağrılarına, duruş pozğunluqlarına yaxşı təsir etdiyi güman edilir. Bunun doğumdan sonra yaşanan acıları və ağrıları aradan qaldırdığı fikri də irəli sürülür.

Otona Maki terapiyasınə həyata keçirən Orie Matsuonun sözlərinə görə, bu, böyüklərə bələnmiş uşaqların özünü necə hiss etdiyini başa düşməsinə imkan verir.

Otona Makini ilk dəfə Nobuko Vataneybl adında məşhur yapon icad edib. Həmin şəxs Yaponiyada geniş şəkildə istifadə edilən ana kəmərlərinin də ixtiraçısıdır.

[gallery size="full" ids="6486,6485,6484">

Paylaş »
››› Ata Abdullayev kimləri şantaj edib: icra nümayəndəsi, maliyyə direktoru...
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› Bakını yağış suları aparır: 14 il də dözün, düzələcək...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Şəhid bacısı ürəkləri dağladı: “Minlərlə can qurban”dan ikisi can parçam oldu”
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
››› “Əks-hücumu dayandırsaydıq, Qarabağın işğalı daha 30 il davam edəcəkdi”
Son xəbərlər
Bütün xəbərlər »