Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bilərəkdən cinayət törədərək həbsxanalara düşürlər

Yaponiya həbsxanalarında yaşlı insanların sayı durmadan artır.

Sfera.azxəbər verir ki, yoxsulluqdan, tənhalıqdan, bezən insanlar bilərəkdən cinayət törədərək həbsxanalara düşürlər.

Yaponiya digər ölkələrdən daha tez "qocalır”. Bu ölkədə yaşı 65-i keçmiş insanların sayı 27 faizdən çoxdur. Müqayisə üçün bu rəqəm Rusiyada 14 faizdir.

Son illər isə yapon həbsxalarına düşən ahılların sayı artıb. Dünyanın heç bir ölkəsində belə hal olmayıb. Ötən il həbsxanalarda yaşı 60-ı keçənlərin sayı az qala 10 minə çatıb.

Qocalardan biri deyir ki, bura ilk dəfə 13 il əvvəl düşüb:

"Tək darıxırdım, aylarla qohumları görmürdüm, tək qalmışdım. Marketdən xırda oğrluq etdim. Bura gətiriləndə həyatım dəyişdi. Hər zaman söhbət etməyə adam var. İndi 81 yaşım var. Üçüncü dəfə oğurluq edib yenə bura qayıtmışam”.

Digər məhbus isə azadlıqda aclıq çəkirmiş. Burada isə gündə 3 dəfə yemək, başının üstə dam var. Ancaq qoca məhbuslar Yaponiya dövlətinin xərclərini 80 faiz artırıb.

Axı yaşlı qocaları nəzarət üçün xüsusi adamlar lazımdır. Eləsi var dişi yoxdur. Kimi sidiyini saxlaya bilmir, gündə alt paltarı dəyişilir və s.

Ölkə səlahiyyətliləri bu məsələdən çıxış yolu axtarsalar da, hələlik, tapa bilməyiblər.

Son xəbərlər
Bütün xəbərlər »