Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sərhəd Qoşunlarının komandanı vəzifəsi ləğv edildi
Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” fərman imzalayıb.

”Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli fərmanı ilə təsdiq edilmiş Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinə əsasən Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı Dövlət Sərhəd Xidmətinə rəhbərlik edir. Dövlət Sərhəd Xidmətinin rəisi Azərbaycan prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

Dəyişikliyə əsasən Sərhəd Qoşunlarının komandanı vəzifəsi ləğv edilir. Dövlət Sərhəd Xidmətinin rəisi Dövlət Sərhəd Xidmətinə rəhbərlik edəcək.

İndiyə qədər Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini - Sərhəd Qoşunları Baş qərargahının rəisi və digər müavinləri vəzifələrinə, habelə ali zabit hərbi rütbəsi nəzərdə tutulmuş başqa vəzifələrə təyin və həmin vəzifələrdən azad etmə Dövlət Sərhəd Xidməti rəisinin təqdimatına əsasən Azərbaycan prezidenti tərəfindən həyata keçirilib.

Dəyişikliyə əsasən, Dövlət Sərhəd Xidmətində ali hərbi rütbəli vəzifələrə təyin və həmin vəzifələrdən azad etmə Dövlət Sərhəd Xidməti rəisinin təqdimatına əsasən Azərbaycan prezidenti tərəfindən həyata keçiriləcək.

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »