Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Facebook” öz kriptovalyutasını hazırlayır

“Facebook” sosial şəbəkəsi öz kriptovalyutasını təqdim etmək imkanını nəzərdən keçirir.

Bizimyol.info ICTnews-a istinadən xəbər verir ki, şirkət təxminən 1 il bundan əvvəl sözügedən texnologiyaları araşdırmağa başlayıb.

O zaman bu məsələ ilə şirkətin yeganə əməkdaşı məşğul olurdu. Amma bu həftə sosial şəbəkə blokçeyn, mayninq və kriptovalyutanın dövriyyəsinin öyrənilməsi üzrə ixtisaslaşmış və təxminən 10 nəfərdən ibarət komanda yaradıb.

Təxmin edilir ki, kriptovalyutanın tətbiqi sözügedən sosial şəbəkənin istifadəçilərinə elektron ödənişlər etmək imkanı verəcək. Hazırda komandanın işinin təfərrüatları məxfi saxlanılır.

Son xəbərlər
Bütün xəbərlər »