Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda qanlı hadisə: Qonağı döyə-döyə öldürdülər
Bakıda qətl hadisəsi baş verib.

Nəsimi Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, İmran Qasımov küçəsi ev 7, mənzil 5 ünvanında 1972-ci il təvəllüdlü Həsənov Malik Urman oğlu münaqişə zəminində 1951-ci il təvəllüdlü Səlimov Zakir Hüseyn oğlunu döyərək öldürüb.

Hər iki şəxs sərxoş vəziyyətdə olub.

Bildirilir ki, hadisənin baş verdiyi mənzil Malik Həsənova məxsusdur. Dünən tanışı Zakir Səlimov onun evinə qonaq gəlib. Qeyri-stabil həyat tərzi sürən və içkiyə meyilli olan dostlar burada yeyib-içiblər.

Daha sonra M.Həsənov 66 yaşlı Zakirdən evi tərk etməsini tələb edib. Tək qalmaq istədiyini və istirahət edəcəyini deyən M.Həsənov qonağın getmək istəmədiyini görüncə onunla mübahisə edib. Mübahisə daha sonra münaqişəyə çevrilib və 45 yaşlı Malik taxta parçası ilə qonağın başına 3-4 ağır zərbə endirib. Z.Səlimov hadisə yerindəcə keçinib.

Cinayəti törədən M.Həsənov daha sonra könüllü olaraq polis bölməsinə gedib, törətdiyi əməli etiraf edərək təslim olub.

Araşdırmalar davam etdirilir.

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »