Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
XƏBƏRDARLIQ: Körpə uşaqları dənizə və hovuza salmayın
Yayda uşaqların ən çox əyləndiyi, amma bir o qədər də zərər gördüyü yer dəniz və ya hovuzlardır. Natəmiz suda çimən uşaqların infeksiyaya yaxalanması qaçılmazdır. Məhz bu üzdən yay aylarında infeksion xəstəlikdən körpələr daha çox əziyyət çəkirlər.

Oxu.Az problemin aktuallığını nəzərə alıb, pediatr Günay Rəsulovanın analara mövsümi tövsiyələrini təqdim edir:

Tez-tez görülən dəniz xəstəlikləri bunlardır; qulaq infeksiyaları, sidik yolu infeksiyaları, göbələk xəstəlikləri, sinusitlər, mədə-bağırsaq infeksiyaları, parazitar xəstəliklər, entamöba, lyambliya (Giardia), göz xəstəlikləri, dəri yanıqları və s.

Qulaq infeksiyaları - xarici və ya orta qulaq iltihabının əlamətləri bunlardır: qulaqda qaşınma, ağrı, pis qoxulu ifrazat, qızdırma kimi şikayətlər varsa, mütləq həkimə müraciət edilməlidir.

Sidik yolu infeksiyaları, xüsusilə qız uşaqlarında islaq çimərlik geyimlərində qalmaq və ya su kənarında yerə oturaraq, uzun müddət oyun oynamaq mikrobların asanlıqla sidik yollarına qalxmasına şərait yaradır. Əlamətləri - ağrılı və tez-tez sidiyə getmə, qarında ağrı, ürəkbulanma, qusma, iştahsızlıq, halsızlıq, qızdırma.

Göbələk infeksiyaları dəri, saçlı dəri və dırnaqlarda görülür. Yoluxucudur. Qaşınma, qızarıqlıq, bəzən ağ qabıq ola bilir.

Sinusit və burun tıxanıqlığı həm hava-damcı infeksiyası kimi, həm də hovuzlarda istifadə edilən xlora bağlı allergik uşaqlarda görülür.

Göz xəstəlikləri - bakterial konyuktivit xlora bağlı kimyəvi və günəş şüasına bağlı konyuktivitə rast gəlinir.

Mədə bağırsaq infeksiyaları: virus mənşəli - Rotavirus, nörovirus, enterovirus, Hepatit A virusa bağlı, bakterial - Salmonella, Şigella, E.coli-yə bağlı və parazitar - lyambliya, entamöba kimi parazitar xəstəliklər ola bilər. Əlamətləri: qızdırma, qusma, ishal, halsızlıq və s.

Pediatr körpələri bu xəstəliklərdən qorunmağın yollarını göstərib:

- Yetərli dezinfeksiya olunduğu və bakterioloji analizdən keçirilmədiyini düşündüyünüz sularda uşaqları çimizdirməyin.

- Qulağa vazelin və ya qliserin yağı ilə isladılmış pambıq tıxac taxın.

- Uşaqları suda su udmayacaq şəkildə tutun, əgər böyük uşaqdırsa, su udmaması üçün ciddi göstəriş verin.

- Gözü qorumaq üçün dəniz gözlüklərindən və şapkadan istifadə edin.

- Dənizdən çıxdıqdan sonra dərhal uşaqları təmiz su ilə çimizdirin.

- Uşaqları dənizə çılpaq deyil, tez quruyan parçalardan olan çimərlik paltarları ilə salın.

- 2 yaşa qədər uşaqları dəniz və ya hovuza salmayın.

Analar, bu tövsiyələrə ciddi riayət edərək, uşaqlarınızın sağlamlığını qoruyun, həm də gözəl yay günlərində problemsiz dincəlin.

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »