Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda zavod işçiləri aksiya keçirdi: Zavoda basqın – Video+Foto
Bu gün Bakının Keşlə qəsəbəsində yerləşən “Bakı İnşaat Sənaye ASC”nin işçiləri zavod qarşısında aksiya keçirib.

AzEuroNews.com-un verdiyi xəbərə görə, işçilərin aksiyasına səbəb kimi “Baku Steel Company” şirkətinin sahibi Rasim Məmmədovun bu zavodu qanunsuz olaraq ələ keçirməsi göstərilir.

İşçilər bildiriblər ki, zavodda istehsal xətlərinin sökülüb aparılması ilə bağlı məhkəmə qərar çıxarıb. Onlar hesab edirlər ki, bu qərar qanunsuzdur.

Hadisə yerinə xeyli sayda polis əməkdaşı və məhkəmə icraçıları gəlib.

İcraçılar zavoda basqın etmək istəyərkən işçilər onlara mane olmağa çalışıb. Bu zaman tərəflər arasında qarşıdurma yaranıb.

Son xəbərlər
Bütün xəbərlər »