Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kürəkəni ilə sevişmək istəyən qayınananın dəhşətli sonu
Bakı Ağır Cinayətlər Məhkəməsində qayınanasını boğaraq öldürməkdə təqsirləndirilən Cavad İbrahimovun cinayət işi üzrə məhkəmə başlayıb. Bizimyol.info xəbər verir ki, cinayət hakim Eldar İsmayılovun sədrlik ediyi kollegiyanın icraaındadır.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən C.İbrahimov etiraz olaraq üzünü divara çevirib və otirmaqdan imtina edib. O bildirib ki, istintaqda ona qarşı çox haqsızlıqlar edilib.

"Heç olmasa, burada işə ədalətli baxın" - deyən təqsirləndirilən hakimin suallarının heç birinə cavab verməyib.

Məhkəmə baxışı mayın 17-ə təyin edilib.

Hadisə ötən il Yasamal rayonu baş verib. "Qanlı göl” yaşayış massivinin ərazisində 1958-ci il təvəllüdlü yerli sakin Namazova Nigar Koroğlu qızının meyiti tapılıb.

Namazovanın ailə üzvlərinin sözlərinə görə, o, yıxılaraq başının daşa dəyməsi nəticəsində dünyasını dəyişib. Ancaq məhkəmə tibbi ekspertizasının nəticələri bunun əksini deyib. Məlum olub ki, Namazova qətl qurbanı olub; onu boğaraq öldürüblər.

İstintaq-əməliyyat qrupu qətlin Namazova ilə eyni ünvanda yaşayan, əvvəllər məhkum olan kürəkəni tərəfindən törədildiyini müəyyən edib. 1983-cü il təvəllüdlü Ağdaş rayon sakini Cavad İbrahimov polis tərəfindən saxlanılıb.

Cavad İbrahimov ilkin ifadəsində bildirib ki, qaynanası ona əxlaqsız hərəkətlər etdiyi üçün onu döyüb, amma öldürmək niyyəti olmadığını deyib.

Ona Cinayət Məcəlləsinin 120.2.4-ci xüsusi amansızlıqda adam öldürmə maddəsi ilə ittiham verilib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »