Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qa-Qa-Qaz” animasiya filmi peşəkar Azərbaycan dublyajında - Video
“CinemaPlus” premium kinoteatrlar şəbəkəsində 2018-ci ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş Çin və ABŞ istehsalı olan “Qa-Qa-Qaz” animasiya filminin nümayişi baş tutub.

Filmi Əlixan Rəcəbov, Kəmalə Piriyeva, İslam Mehrəliyev, Elşən Rüstəmov, Müşfiq Mirzəyev, Vüsal Hacıqədir, Kamran Ağabalayev, Xətai Əli, Rövşən Məmmədli, Səid Nizami, Elman Rəfiyev və Zemfira Əbdülsəmədova səsləndiriblər.

Dublyajın baş redaktoru Xətai Əli, rejissoru Rövşən Məmmədli, səs rejissoru Azad Vəliyev, səs operatoru Orxan Ağalarov, tərcüməçi Xumar Quluzadə, post prodakşn supervayzeri Vüqar İslamzadə, baş prodüseri Cəfər Axundzadədir.

Ailəvi komediya cizgi filminin rejissoru Christopher Jenkinsdir.

Animasiya filmi haqqında qısa məlumat: Pem – şən, özündənrazı və uğursuzdur. O, hər dəfə qəribə vəziyyətlərə düşür və bununla da yaxınlarını təhlükəyə atır. O, hər zaman cəzalardan yan keçə bilirdi, lakin bu dəfə yox...

O, qanadından aldığı xəsarətə görə uğursuz eniş edərək yerə düşür. Yerə düşərkən o, iki balaca qaz balasını əzmək təhlükəsi keçirir. Lakin öz pis və qeyri-ciddi xasiyyətinə baxmayaraq, Pem balacalara qayğı göstərir.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralarla sevindirməyə hazırdır.

Son xəbərlər
Bütün xəbərlər »