Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Xudafərin" MMC üzrə ittiham aktı elan edildi
Təqsirləndirilənlər özlərini günahkar hesab etmir

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Xudafərin" MMC-nin vəzifəli şəxsləri - Anar Məmmədov, Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bizimyol.info xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

Elan olunmuş ittiham üzrə Anar Məmmədovla Ramiz Quluzadə özlərini qismən, digərləri isə özlərini təsirli bilmədiklərini deyib.

Məhkəmənin növbəti iclası mayın 25-nə təyin edilib

Qeyd edək ki, "Xudafərin" MMC-nin vəzifəli şəxsləri - Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Onların barəsində həbs qətimkan tədbiri seçilməyib.

Cinayət işində 47 zərərçəkmiş var. Təqsirləndirilən şəxslər ümumilikdə 2 milyon manat dəyərində dələduzluq etməkdə təqsirli bilinirlər.

"Xudafərin" MMC "AMAY Abdulla" kimi tanınan iş adamı Abdulla Abdullayevə məxsusdur. 2015-ci ildə A.Abdullayevin barəsindəki mənimsəmə və digər cinayət işində "Xudafərin" MMC ilə bağlı da epizodlar vardı.

Son xəbərlər
Bütün xəbərlər »