Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əlilliyi olan şəxslər üçün əmək yarmarkasında nə baş verib?
“Bu yarmarka əlilliyi olan şəxslər üçün deyildi”

Səbinə Kərimova: “Hətta bəzi şirkətlər əlili iki ay təcrübə adı ilə işlədib, evə belə yola sala bilərdi”

Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əlil Təşkilatları İttifaqı (ƏTİ), BakuBus MMC və UNEC-in birgə təşkilatçılığı ilə əlilliyi olan gənclər üçün mayın 5-də əmək yarmarkası keçirildi.

Əmək yarmarkasında iş axtaran bütün əlilliyi olan gənclər, ali təhsil ocaqlarının da əlilliyi olan tələbə, magistr və məzunları iştirak edəcəyi gözlənilirdi. Əlilliyi olan gənclərdən bərabərhüquqlu istifadəyə imkan verən inklüziv mühitin yaradılması da keçirilmiş tədbirin əsas istiqamətlərindən olub.

Qeyd edək ki Azərbaycanda inklüziv cəmiyyətin inkişaf etdirilməsi üçün proqramlar icra olunur. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” və “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə” Dövlət Proqramları sağlamlıq imkanları məhdud şəxslərin təhsili üçün maneəsiz mühit yaratmağa və onların məşğulluq imkanlarının genişləndirilməsinə xidmət etməlidir.

Bəs, sözügedən əmək yarmarkasından əlilliyi olan şəxslərə faydalı ola bildim? İşəgötürənlərin tələbi və təklifi nə idi? Əlilliyi olan şəxslərin işə qəbul prosesi başlayıbmı?

Bu və digər suallarımızı əmək yarmarkasında iştirak etmiş birinci qrup əlil, “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova cavab verib.

*

“Əlilliyi olan gənclər üçün mayın 5-də keçirilmiş əmək yarmarkasına rəhbəri olduğum təşkilatdan 10 nəfər qatılmışdı. Hər birinin CV-ləri hazırlanıb qeyd olunan elekton ünvana göndərildi və cavab olaraq çağrılmışdılar. Təşkilatın rəhbəri olaraq öncə hər bir şirkətə yaxınlaşıb təklif olunan iş yerləri ilə maraqlandım. Belə nəticəyə gəldim ki, yarmarka iştirak edən dövlət qurumlarına, yerli və xarici şirkətlərə ən azı iki dil bilən, ən yaxşı magistr və olmasa bakalavr təhsili alan, yaxşı görnüşə malik olan əlilliyi olan şəxslər lazımdır. Bəzi şirkətlərə yaxşı fiziki qüvvəyə malik olan fəhlə və təmizləyici gərəkdir. Hətta bəzi şirkətlər əlilliyi olan şəxsi təcrübə adı ilə iki ay işlədib evə belə yola sala bilərdilər. Bəziləri qapı-qapı düşüb məhsullarını satmaqı təklif etdi. Yerdə qalanlara, görmə məhdudiyyətli və eşitmə məhdudiyyətli şəxslərə yarmarkada iş təklifi olmadı. Onlara iş yoxdur dedilər. Yalnız bir şirkət görmə məhdudiyyətli şəxsi operator işi ilə təmin edə biləcəyini vəd etdi”.

*

S.Kərimova bildirib ki, Azərbaycanda 600 min nəfərdən çox əlilliyi olan şəxs qeydiyyata alınıb: “Onlardan yalnız üç minə yaxının ali təhsili var. Onların arasında gözdən əlilər üstünlük təşkil edir. Fiziki məhdudiyyətli şəxslərə gəlincə... Onlar fiziki məhdudiyyətlidir və qapı-qapı düşüb satış edə, yük qaldıra və böyük ofisləri təmizləyə bilməz!”

*

İctima birliyin rəhbərinin sözlərinə görə, həmin əmək yarmarkasına böyük ümidlərlə qatlıb və əlilli olan şəxsləri yarmarkada iştirakını arzulayıb: “Mən yarmarkaya qatılanda düşünürdüm ki, komüter arxasında iş təklif edəcək. Məsələn, saytının və ya sosial şəbəkələrdə olan səhifəsinin idarəçiliyini əliliyi olan şxəslərə təklif edəcək. Bir sözlə, bu yarmarka əlilliyi olan şəxslər üçün deyildi. Hər bir şirkət, idarə öncə əlilliyi olan şəxslər barədə məlumat əldə etsin, sonra vakansiyasını təklif etsin. Bu daha məqsədəuyğundur.

Məsələn, “Coca-Cola” şirkətinin nümayəndəsinə yaxınlaşdım. Mənə məlumat verdi ki, bu şirkətə kişi işçi lazım. Çünki onların təklif etdiyi iş üçün fiziki güc tələb olunur. Əlilliyi olan şəxslərin çoxu bu tələbə uyğun deyil. Hətta bir şirkət tələb edirdi ki, əlilliyi olan şəxsin fiziki görünüşündə heç bir məhdudiyyət olmasın, sağlam şəxs kimi görünsün.

Yaxşı olardı ki, əlillər üçün kompüterlə və telefonla görülə biləcək iş təklif olunardı. Bax onda deyərdik ki bu işlər əlillər üçündür və çox sevinərdik.

Bir məsələni də qeyd edim. Mahmud adında eşitmə məhdudiyyətli gənc ali təhsillidir. Ona heç bir iş vermədilər. Hətta təklif bele etdik ki şirkətinizin reklamını işarət dili ilə edə bilər. Gənc əlillərin çoxu işləmək istəyir, necə də həvəslə bu yarmarkaya qatılmışdılar. Ümid edirəm ki növbəti illərdə şirkətlər əlillərlə bağlı təlimatlandırılacaqlar”.

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri bildirdib ki, onlardan 10 nəfər yarmarkada iştirak edib və iştirak edənlərə hələ də iş təklifi olmayıb: “Təşkilatımızın üzvü olan birinci qrup əlil Nərmin Rzalı, birinci qrup əlil Yusif Əlili, birinci qrup əlil Rəşad İmaməliyev, birinci qrup əlil Aybəniz Nəsirova, birinci qrup əlil Samir İmanov, birinci qrup əlil Könül Mikaylova, ikinci qrup əlil Muskinaz Əliyeva, ikinci qrup əlil Lalə Hüseynova, üçüncü qrup əlil Xəyalə Səfərova və mən yarmarkada iştirak etdik. Bizdən heç kimə hələ ki iş təklif olunmayıb. CV-ləri qəbul etdilər və dedilər ki CV-lərə baxıb zəng edəcəklər. Yəni orda heç kimə deyilmədi sabah işə gəlin. Və indiyə kimi də əmək yarmarkasında iştirak edən bizim təşkilatın üzvü olan əlillərdən birinə zəng edən olmayıb”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »