Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrəvan Dövlət Universitetində Azərbaycan dilində kurslar təşkil edilib
İrəvan Dövlət Universitetində Azərbaycan dilində kurslar təşkil edilib.

Sherg.az universitetin rəsmi saytına istinbadən xəbər verir ki, bir qrup tələbə "Vardanank" Klubunun təşəbbüsü ilə Azərbaycan dili öyrənəcək.

Layihə İrəvan Dövlət Universitetinin rektoru Aram Simonyanın dəstəyi ilə həyata keçirilir. Pulsuz təşkil edilən kurslara bu ilin may ayının 16-da başlanılıb. Məlumata görə ilk mərhələ iyula qədər davam edib. Layihənin ikinci mərhələsinin isə sentyabrın sonunda başlanacağı gözlənilir. Kurslar universitetin Türk Araşdırmaları Kafedrasının doktorantı Mariam Melkonyan tərəfindən aparılır. Proqram çərçivəsində terminologiya və dil xüsusiyyətlərinə diqqət edildiyi bildirilib.

"Vardanank" Klubunun prezidenti Satenik Abramyan qeyd edib ki, 21 tələbə mühazirələrdə iştirak edir. Bunlar Jurnalistlər, Qafqaz Araşdırmaları üzrə mütəxəssislər, politoloqlar və digər fakültələrin tələbələrindən ibarətdir:

"Bu, ciddi tələbə təşəbbüsdür. Mən əminəm ki, iştirakçılar yaxşı nəticələr əldə edəcək və öz biliklərini ölkəmizin təhlükəsizliyinə öz töhfəsini verəcəkdir".

Universitet rəhbərliyi bildirib ki, kursu uğurla bitirəcək tələbələr sertifikatlar alacaq və gələcəkdə qabaqcıl məşqlərdə iştirak edə biləcəklər.

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »