Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Vəd verən müəllimlərə inanmayın” – Ekspertdən valideynlərə müraciət
“Ortaya maraqlı müəllimlər düşüb. Deməli, onlar abituriyentlərə müəyyən məbləğə test tapşırığı satırlar ki, imtahanda bu suallar, mövzular düşəcək”.

Minval.info xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov qeyd edib.

O bildirib ki, valideynlər bu kimi yalan fikirlərə inanmasın:

“Bir də bunker müəllimləri peyda olub. Yazıq abituriyentlərin beynini qarışdırırlar. Əziz valideynlər, abituriyentlər, qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarını, mövzuları öncədən bilmək, məlumatlı olmaq mümkün deyil. Qəbul imtahanları çox ciddi şəkildə təşkil olunur, yüksək səviyyədə təhlükəsizlik təmin edilir. Kimsə bunker sistemində aparılan işlər barədə kənara məlumat ötürə bilməz. Sizə yalandan vəd verəcək repetitor, kurs və şəxslərə inanmayın. Heç kimin müəllifi olduğu test tapşırığı tam şəkildə istifadə olunmur. Yəni heç kim düşəcək sualları deyə bilməz”.

Qeyd edək ki, mayın 13-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək.

Son xəbərlər
Bütün xəbərlər »