Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arda Turan ağır cəzalandırıldı

Türkiyə Futbol Federasiyasının İntizam Komissiyası “Başakşehir” klubunun şərəfini qoruyan Arda Turanı ağır cəzalandırıb.

Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, federasiya oyunçunu 16 matçlıq diskvalifikasiya edib.

Yarımmüdafiəçi Türkiyə Superliqasının 32-ci turunda “Sivasspora” qarşı keçirilən matçda yan hakimə hücum edərək, onu itələmişdi.

İntizam komissiyası eyni zamanda Ardanı 19 min türk lirəsi məbləğində cərimələyib.

Son xəbərlər
Bütün xəbərlər »