Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
PSJ Avropa müsabiqələrindən kənarlaşdırıla bilər

UEFA Maliyyə Fair Pleyi qaydalarını pozan “Paris Sen-Jermen” klubuna ağır cəzalar verə bilər.

Publika.az Fransanın “L'Equipe” qəzetinə istinadən xəbər verir ki, ali futbol qurumu Qətərlə bağlantısı olan klubu Avropa müsabiqələrindən kənarlaşdıra da bilər.

Son qərarın sabah təşkil ediləcək toplantıda verilməsi gözlənilir. Klubun ticarət qaydalarını pozması ittihamları ilə aparılan araşdırmalarda sənədlərin diqqətlə yoxlanıldığı bildirilib.

Qeyd edək ki, UEFA 2014-cü ildə PSJ-ni maliyyə qaydalarını pozduğu üçün 60 milyon avro cərimə etmişdi.

Son xəbərlər
Bütün xəbərlər »