Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Gömrük əməkdaşları saxlanılmayıb, axtarış aparılmayıb”
DGK mətbuatda yalan informasiyalarla bağlı məlumat yaydı

“Bir sıra kütləvi informasiya vasitələrində hüquq mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində qeyri-qanuni yollarla külli miqdarda xarici valyutanın ölkədən çıxarılması ilə məşğul olan şəbəkənin aşkar edilməsi, ölkənin gömrük-sərhəd buraxılış məntəqələrindən birinin rəisinin də şəbəkə üzvləri arasında olması və həmin şəxsin də həbs edilməsi, evində, avtomobilində axtarış aparılması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb”. Bu barədə Dövlət Gömrük Komitəsinin yaqdığı açıqalamada bildirlir.

Dövlət Gömrük Komitəsinin məlumatında daha sonra qeyd olunur ki, cari ilin aprel ayında adıçəkilən gömrük postunda külli miqdarda rus rublunu ölkədən qanunsuz yolla çıxarmaq istəyən 3 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində cinayət işi başlanıb və müvafiq araşdırmalar aparılır. Eyni zamanda, aşkar edilən həmin qaçaqmalçılıq faktının həyata keçirilməsinə cəhddə digər şəxslərin, eləcə də gömrük əməkdaşlarının iştirakının olub-olmaması da araşdırılır və istintaqın yekununa uyğun olaraq hadisəyə hüquqi qiymət veriləcək. Qeyd edək ki, faktla bağlı hər hansı gömrük əməkdaşı saxlanılmayıb, evində, avtomobilində axtarış aparılmayıb.

Dövlət Gömrük Komitəsi kütləvi informasiya vasitələrini və jurnalistləri komitənin fəaliyyətinə dair məlumatları rəsmi mövqe öyrənməklə yaymağın həm Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, həm də jurnalist etikasına hörmətin təzahürü olduğunu diqqətə çatdırır.

Xəbər Xidməti

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »