Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Türk Hava Yolları” İstanbul üzrə pulsuz ekskursiya təklif edir
Galata Tower
Digər aviaşirkətlərdən daha çox ölkələrə və istiqamətlər üzrə uçuşlar həyata keçirən “Türk Hava Yolları” aviaşirkəti növbəti reysin minişinə 6-dan 24 saatadək vaxtı olan bütün beynəlxalq tranzit reyslərin sərnişinlərinə İstanbul üzrə pulsuz ekskursiya proqramı təklif edir. Təxminin ¼ milyon sərnişin 2009-cu ildə yaradılan “touristanbul” proqramından istifadə edib və heyrətamiz şəhər ilə tanış olmaq imkanını qazanıb.

“Türk Hava Yolları” aviaşirkəti istənilən gözləntiləri ötən və sərnişinlərə məşhur türk qonaqpərvərliyindən tam həzz almaq imkanını verən unikal xidmətlər dəstini təqdim edir. Türkiyənin milli aviaşirkəti “touristanbul” proqramı çərçivəsində transfer, tarixi yerlərin ziyarəti, həmçinin məşhur türk mətbəxinin yeməklərinin dequstasiyası daxil olmaqla bir sıra əlavə xidmət təklif edir. Sərnişinlər İstanbulu olduqca parlaq və cazibədar şəhər edən heyrətamiz tarixə və mədəniyyətlərin qarışığına toxuna biləcəklər.

“Türk Hava Yolları”nın reysləri ilə uçan və növbəti reysin minişinə 6-dan 24 saatadək vaxtı olan sərnişinlər “touristanbul” ekskursiya proqramının bütün üstünlüklərdən istifadə edə bilərlər. Ekskursiyalar hər gün İstanbulun Atatürk hava limanında “Hotel Desk” qeydiyyat masasından yola düşür və 8:30-dan 11:00-dək, 09:00-dan 15:00-dək, 09:00-dan 18:00-dək, 12:00-dan 18:00-dək və 16:00-dan 21:00-dək keçirilir. Turun proqramına Topqapı sarayı, Sultan Əhməd məscidi, Müqəddəs Sofiya məbədi, “Grand Bazar”, Qalata gülləsi, Dolmabağça sarayı və İstanbulun digər məşhur görməli yerləri ilə tanışlıq daxildir.

Ətraflı məlumat: https://www.turkishairlines.com/en-tr/flights/fly-different/touristanbul/

“Türk Hava Yolları” haqqında:

1933-ci ildə yaradılmış və həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın üzvüdür və bütün dünyada 302 istiqamət üzrə uçuşlar yerinə yetirən (253 beynəlxalq və 49 daxili) və 326 (sərnişin və yük) avialaynerdən ibarət olan 4-ulduzlu aviaşirkətdir. “Türk Hava Yolları” aviaşirkəti barədə daha ətraflı məlumatla www.turkishairlines.com saytında, eləcə də “Facebook”, “Twitter”, “Youtube”, “Linkedin” və “Instagram” səhifələrində əldə edə bilərsiniz.

Paylaş »
››› Rusiyada koronavirusu dərhal məhv edən ucuz məhlul hazırlayıblar
››› “Kurtlar vadisi”nin aktyoru koronavirusdan ölüb
››› Türkiyədə daha bir koronavirus rekordu qeydə alındı
››› Qonşu ölkədə insanlar virusa görə meşələrə çəkilib
››› Keçmiş SSRİ dövləti “qreçka”nın ölkədən çıxarılmasına qadağa qoydu
Son xəbərlər
Bütün xəbərlər »