Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Messiyə qarşı sərt oynadım, atası üstümə qışqırdı”
PSJ-nin futbolçusu Tyaqo Motta “Barselona”lı günlərindən danışıb.

Komanda.az xəbər verir ki, Motta “Barsa”nın məşqində daim gərginlik olduğunu deyib. O, Lionel Messinin atasının onun üstünə qışqırmasını da xatırlayıb:

“Bir dəfə məşqdə Messiyə qarşı sərt oynadım. Onun atası dərhal mənim üstümə qışqırdı. O hesab edirdi ki, mən həddindən artıq sərt oynamışam. Ancaq onu saxlamağın başqa yolu da yox idi axı.

“Barselona”nın məşqi, sanki, müharibəni xatırladırdı. Top məndə olanda hər kəs qışqırırdı ki, ona ötürmə edim. Toqquşmalar həmişə sərt olurdu.

Karles Puyol da mənə dedi ki, belə etmək lazımdı. Ondan sonra hamı mənə daha çox hörmət etməyə başladı”.

Motta “Barselona”da 1999-2007-ci illərdə çıxış edib. O, mövsümün sonunda karyerasını bitirəcəyini bildirib.

Son xəbərlər