Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabiq deputat oğluna dələduzluqda təqsirləndirilərək hökm oxundu
Məhkəmə K-1 döyüş növü üzrə məşqçiyə 5 il şərti həbs cəzası verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi, dələduzluqda təqsirləndirilən Rövşən Heybətovun məhkəməsi başa çatıb. Bizimyol.info xəbər verir ki, dələduzluqda təqsirləndirilən R.Heybətovun cinayət işi üzrə proses başa çaıb. Bizimyol.info xəbər verir ki, hakim Azər Paşayevin sədrlik ediyi kollegiyanın hökmünə əsasən, Rövşən Heybətova 5 il azadlıqdan məhrumemə cəzası verilib. Onun cəzası Cinayət Məcələsinin 70-ci (şəri məhkumemə) maddəsi tətbiq edilməklə şəri hesab edilib və 1 il sınaq müddəti təyin edilib.

R.Heybətovun cinayət işində zərərçəkmiş sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur. E.Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 100 min manat pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib. İstintaqın sonynda R.Heybətova 210 min manat mənimsəmə ittihamı verilib.

Təqsirləndirilən Rövşən Heybətov isə mənimsəməni rədd edib. O bildirib ki, Türkiyədə avtomobil qəzasına düşdüyünü və xəstəxanaya çatdırıldığını bildirib. Sonradan polisə gedərək maşını götrəndə isə pulun maşında olmadığını bildirib.

Ötən prosesdə çıxış edən zərərçəkən Elnur Məmmədov təqsirləndirilən şəxslə barışıq əldə edildiyini deyib: "Ödəniş edib, az miqdar qalıb. Onu da bir ay ərzində ödəyəcək. Rövşəni bağışlayıram, şikayətim yoxdur. Pul bizim üçün ikinci dərəcəlidir, əsas insani keyfiyyətdir. Allah böyükdür, günahlarını bağışlasın".

Xatırladaq ki, Elnur Məmmədov “Best of the Best” promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »