Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türk ordusu əmr gözləyir - 2 gün qaldı
Türkiyə PYD/YPG-nin (PKK-nın Suriya qolu - red.) əlindəki Afrin kantonuna toplarla zərbələr endirməkdə davam edir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin genişmiqyaslı hücum planını başlamasına sayılı günlərin qaldığını açıqlayıb.

Böyük hücuma hazırlıq

Strateji araşdırmalar üzrə mütəxəssis, təqaüddə olan general Naim Babüroğlu bildirib ki, PKK-nın Suriya qolu YPG 2012-ci ildə Afrini işğal edərək, kanton elan etdi: “2016-cı ildə isə Münbiçi də işğal etdilər. Afrinin özəlliyi budur ki, bura həm Kilis, həm də Hatay sərhədimizdə yerləşir. Amanos dağlarında hücumlar həyata keçirən PKK-nın ən çox dəstək aldığı yer də Afrindir. Dolayısı ilə Afrində YPG PKK-ya ciddi dəstək verir və bu da Türkiyə üçün böyük təhdiddir. Bildiyimiz kimi, Suriyanın şimalında PKK dəhlizi planı var. “Fərat qalxanı” əməliyyatı ilə bu dəhliz bölündü, lakin bu dəhlizin hədəfində Münbiç və Afrin də var idi. Bu bölgələrdə yerləşən ünsürlərə görə Türkiyə bu iki bölgəyə hücum edə bilmədi. İndi isə ABŞ-ın YPG ilə birlikdə keçirmək istədiyi Rakka əməliyyatı Türkiyə üçün fürsətdir. Hazırda növbə Fərat çayının qərbindəki dəhlizin şərq bölgəsini sıradan çıxarmaqdır”.

Rusiya niyə Afrindən çəkilir?

N.Babüroğlunun fikrincə, Rusiya YPG-nin ABŞ-a çox yaxınlaşdığını gördü.

“Bununla yanaşı, Rakkadan sonra ABŞ-YPG ittifaqının hədəfi Deyrezor ola bilər. Deyrezor Rusiya ilə birlikdə Suriya ordusunun ələ keçirmək istədiyi bölgədir. Bununla yanaşı, Rusiya ABŞ-ın “Suriya kimyəvi silahdan istifadə edərsə, vuracağıq” təhdidlərinə görə artıq Vaşinqtonun bölgədəki məqsədini tam şəkildə başa düşdü”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə böyük hücuma 4-5 iyul tarixində Astanada keçiriləcək Suriya danışıqlarından sonra başlaya bilər.

Qeyd edək ki, hazırda Türkiyə Suriya sərhədində çoxsaylı hərbi texnika və ordu toplayıb. Son məlumatlara görə, 7 min xüsusi təyinatlı qüvvə də bölgədidir.

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident sabah xalqa müraciət edəcək
››› Sentyabrın 27-nə olan hava proqnozu
››› Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub
Son xəbərlər
Bütün xəbərlər »