Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tikinti şirkəti 85 yaşlı qadını evsiz qoydu - Fotolar
Bakının Dilarə Əliyeva küçəsi, 141 ünvanında yerləşən binanın dağıdılması ilə bağlı ətrafdakı mənzillərdə yaşayan sakinlərin həyatı tühlükədədir.

Bunu bizimyol.info-ya sakin Fəridə Hacıyeva bildirib. O, ərazidə söküntü işinin aparılması nəticəsində sakini olduğu binaların qəzalı vəziyyətə düşməsi ilə bağlı aidiyyatlı dövlət qurumlarına müraciət ediblər.

“Sakini olduğumuz binanın ətrafında söküntü işləri gedir. “FF” MTK adlı tikinti şirkətinin apardığı söküntü işi nəticəsində sakini olduğumuz bina qəzalı vəziyyətə düşüb. Nəticədə 85 yaşlı qadın küçədə qalıb”,-deyə Fəridə Hacıyeva bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı olaraq müvafiq dövlət qurumlarına edilən müraciət nəticəsiz qalıb.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »