Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha iki ölkə Qətərlə diplomatik əlaqələri dayandırdı
Daha iki ölkə Qətərlə diplomatik əlaqələri dayandırıb. Bunlar Liviya və Yəməndir. Qətər dörd ərəb dövlətinin onunla əlaqələri kəsməyə dair qəbul etdikləri qərarı əsassız adlandırıb.

Qətər XİN-in məlumatında deyilir ki, Qətər hakimiyyəti Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreynin bu qərarına təəssüf edir. Bildirilir ki, “Qətər terrorçuluğa dəstək verir” kimi bəyanatlar əsassızdır.

Həmçinin əlavə edilib ki, ərəb dövlətlərin Qətərə qarşı qəbul etdiyi qərar Qətər vətəndaşlarının həyatına təsir etməyəcək.

Qeyd edək ki, bazar ertəsi Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətərlə diplomatik əlaqələri kəsdiklərini bəyan edib. Onlar qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar. Ardınca Liviya və Yəmən Qətərlə diplomatik əlaqələrin dayandırıldığını bəyan edib.

APA

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› Artıq mini sualtı gəmilərimiz də var
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
››› Rusiyanın hakim Vahid Rusiya Partiyası seçkilərdə qələbəsini elan edib
Son xəbərlər
Bütün xəbərlər »