Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lapşinin məhkəməsində məcburi köçkünlər ifadə verdi
“Aleksandr Lapşin bu hərəkətləri ilə 1 milyondan çox məcburi köçkünün öz dədə - baba torpaqlarına qayıtmaq ümidlərini sındırır”

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan blogger Aleksandr Lapşinin barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Şuşa şəhərindən olan məcburi köçkümşnlər ifadə verərək, Lapşinin Dağlıq Qarabağa qanunsuz səfərini pisləyiblər.

Şahid Eyyub Əbdüləzimov Şuşadan məcburi köçkün olduğunu, A. Lapşini məqalələrinə görə mətbuatdan tanıdığını deyib: ": "Aleksandr Lapşinin Qarabağa gedib və ora ilə tanış olub. Şuşada, Laçın da, Xankindində olub. 5 il yazdığı məqalələrində Dağlıq Qarabağı müstəqil dövlət kimi təqdim edib. Adamdan sorumazlar ki, Da>lıq Qarabağ nə vaxtdan müstəqil olub? Halbuki bu ərazilər Azərbaycanın torpaqlarıdır.Mənim Şuşada mülklərim var. Bu torpaqlar ata-baba yurdumdur. Ermənilər Şuşada mənim mülkümü işğal edib. Heç kimin Azərbaycanın sərhədlərini pozmağa ixtiyarı yoxdur. Aleksandr Lapşin bu hərəkətləri ilə 1 milyondan çox məcburi köçkünün öz dədə - baba torpaqlarına qayıtmaq ümidlərini sındırır. Buna görə məhkəmədən Lapşinə lazımi cəza verilməsini istəyirəm".

Şahid Fəxrəddin Səfərov da işğala qədər Şuşada yaşadığını və orada geniş mülk sahibi olduğunu deyib. O bildirib ki, A. Lapşin bütün azərbaycanlıların heysiyyətinə toxunub: "Mənim babamın babası da Şuşada doğulub. Bu yerlər əzəli Azərbaycan torpağıdır. Mətbuatdan bilirdim ki, Lapşin Azərbaycanın əleyhinə danışır. Mən Qarabağda döyüşmüşəm. Orada ermənilər 6 yaşında qıza təcavüz ediblər. Lapşin isə işğalçıları, təcavüzkarları müdafiə edərək, bizim haqqımızı pozur. Buna görə əməlini etiraf etməlidir".

Hakim bildirib ki, prosesdə Lapşinin anası da ifadə vermək istəyir. Onun iştirakı növbəti prosesdə təmin olunacaq.

Proses iyulun 6-da davam etdiriləcək.İttihama görə, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Alenksandr Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub.

O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus http//puerrtto.livejournal.com səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar Alenksandr Lapşinin adını “arzuolunmaz şəxslər” siyahısına daxil edib.

Azərbaycan Baş Prokurorluğunun məlumatında bildirilirdi ki, bir qrup şəxslə cinayət əlaqəsinə girərək, Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər və dövlət əleyhinə yönələn açıq çağırışlar etdiyi, dövlət sərhədini qanunsuz keçdiyinə görə Belarusda həbs edilən Alenksandr Lapşinin ölkəmizə ekstradisiya olunması ilə əlaqədar zəruri tədbirlər görülüb.

Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim olunub.

Aleksandr Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib.

Belarus Baş Prokurorluğu bu il yanvarın 17-də Alenksandr Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar verib.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Ölüləri diriltmək mümkündürmü: Elm və din bu barədə nə deyir...
››› "Putinlə Ərdoğan heç vaxt sadəcə, əl sıxmaq üçün görüşmürlər"
››› Şeyxülislam İranın ali rəhbərinin nümayəndəsinə cavab verib
››› “ABŞ Ermənistanı Əfqanıstanın gününə salacaq”
››› Bakı əhalisinin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “İcra başçısı 5000 manata bələdiyyə torpaqlarını satır”
Son xəbərlər
Bütün xəbərlər »