Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Londonda görülməmiş istilər: Sakinlər çimərliklərə axın edir

Britaniyada may ayı üçün son 40 ilin ən yüksək temperaturu qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Məlumata görə, Londonda termometrlər 28 dərəcə istini göstərir. Birləşmiş Krallığın bəzi əyalətlərində temperatur 30 dərəcəyə yaxınlaşıb.

Bahar ayları üçün xarakterik olmayan hərarətdən istifadə edən London sakinləri və turistlər yaxınlıqdakı su hövzələrinə, çimərliklərə və fəvvarələrə axın edir.

İsti hava şəraitinin çərşənbə axşamına kimi davam edəcəyi bildirilir.

Sonuncu dəfə Londonda belə yüksək temperatur 1995-ci ilin may ayında qeydə alınıb.

Son xəbərlər
Bütün xəbərlər »