Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qızıl-gümüş bazarında bahalaşma davam edir

Mayın 7-də Azərbaycanda qiymətli metallar bahalaşıb.

Trend-in məlumatına görə, qızılın qiyməti mayın 4-ü ilə müqayisədə 5,933 manat artaraq 1 troy unsiyası üçün 2237,5315 manat təşkil edib.

Gümüş 0,1588 manat bahalaşaraq 1 unsiya üçün 28,119 manata bərabər olub.

Platinin qiyməti 23,392 manat artaraq 1557,8715 manat, palladiumun qiyməti 21,165 manat artaraq 1664,5975 manat təşkil edib.

Son xəbərlər
Bütün xəbərlər »