Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən güclü orduları - Yeni siyahı açıqlandı

“Amerikan Business Insider” saytı hərbi hazırlığına görə dünyanın ən güclü ordularının siyahısını hazırlayıb.

“Qafqazinfo” xəbər verir ki, 15 ölkənin yer aldığı siyahıda İranın ABŞ mediası tərəfindən 8-ci pillədə göstərilməsi təəccüblə qarşılanıb.

Qeyd edilib ki, 82 milyon əhalisi olan İranda 47 milyon nəfər hərbi əməliyyatlarda iştirak edə biləcək hazırlıqdadır. Həmçinin, İran ordusunun Asiyada ən güclülərdən olduğu vurğulanıb.

Siyahıda Türkiyə də dünyanın ən güclü orduları arasında yer alıb.

Siyahını təqdim edirik:

1. Çin

2. Hindistan

3. ABŞ

4. Rusiya

5. Şimali Koreya

6. Pakistan

7. Cənubi Koreya

8. İran

9. Əlcəzair

10. Misir

11. Vyetnam

12. İndoneziya

13. Myanma

14. Kolumbiya

15. Türkiyə

Son xəbərlər
Bütün xəbərlər »