Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bəşər Əsədi hədələdilər: “Səni öldürərik”

İsrailli nazir Yuval Ştaynitz yeni açıqlama verib.

“Ölkə.Az” xəbər verir ki, Yuval “Əsəd Rusiyada İranın əməliyyat keçirməyinə icazə verməyə davam etsə, onu öldürüb rejimini devirərik” deyib.

İsrailin “Ynet” xəbər portalına müsahibə verən nazir deyib:

“İsrail indiyə qədər Suriyadakı vətəndaş müharibəsinə müdaxilə etməyib. Əgər Suriya prezidenti Bəşər Əsəd İranın Suriyada əməliyyat keçirməsinə icazə verməyə davam etsə, İsrail onu məhv edəcək və hakimiyyətini devirəcək”.

Qeyd edək ki, son günlər İran və İsrail arasında qarşılıqlı sərt açıqlamalar verilir.

Son xəbərlər
Bütün xəbərlər »