Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ərdoğanın istəyi ilə karyerama son qoyuram"

Dünya çempionu, motosikletçi Kənan Sofuoğlu yarış karyerasına son qoyur.

Axar.az xəbər verir ki, Sofuoğlu açıqlamasında sözügedən qərara Prezident Rəcəb Tayyib Ərdoğanın istəyi ilə gəldiyini deyib.

"Kavasaki Puçetti" komandasının üzvü Sofuoğlu həftə sonu İtaliyada keçiriləcək yarışdan sonra karyerasına son verəcəyini bəyan edib: "Prezidentimin istəyi ilə yarış karyerama son qoyuram. Bu həftə sonu İtaliyada yubiley yarışı keçirmək qərarı aldıq. Son zamanlar yaşadığım olaylar, ailəmin qorxuları və prezidentimin lazımi təlimatı düşündüyümdən tez bir zamanda bu qərara gəlməyimə səbəb oldu".

Qeyd edək ki, Türkiyə motosiklet yarışçısı olan Kənan Sofuoğlu 2012 Supersport Dünya reytinqində 183 xalla çempion olub.

Son xəbərlər
Bütün xəbərlər »