Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın qurduğu labirintdə Ermənistanın rolu
Ermənistandakı Dövlət çevrilişi və bu ətrafda baş verən digər hadisələrə Rusiyanın heç bir reaksiya vermədən təmkinlə izləməsi dünya siyasi sisteminində ciddi marağına səbəb oldu. Əslində isə Rusiya üçün Ermənistan nə Gürcüstandır nə Ukrayna. Ermənistan bütün parametrləri ilə Rusiyadan asılı bir “dövlətdir”. Beləki Ermənistanın bütün xarici olkələrlə olan sərhədlərinə rus ordusu keşik çəkir. Gümrüdəki 102 saylı hərbi bazasında Rusiyanın 5000 çevik hərbi qüvvəsi saxlanır. SSRİ döpvründən qalma Ermənistandakı Atom şaxtalarında da xeyli sayda rus hərbçiləri qulluq edir. Ermənistanın gəlir gətirə bilən böyük sayda ağır sənaye və kənd təsərrüfatı müəsisələri Rusiyanın tabeliyindədir. İndiki Ermənistan faktiki olaraq Rusiyanın bir hissəsidir. Buna görədə bir neçə yaxın onillikdə Rusiyanın Ermənistandan çıxma və ya uzaqlaşma ehtimalını düşünmək sadəlövhlükdür.

Erməni xalqı azadlıq istədi. Rusiya Erməni xalqının emosiyalarını boşaltmaları üçün qurduğu labirintdə bütün qapıları açdı, hökuməti istefaya göndərdi. Ermənistanın xaos və böhrana sürüklənən yolunun üzərindən bütün maneələri qaldırdı xalq küçələrdə öz “azadlığına” qovuşdu. İndiki halda, başsız qalan Ermənistan bu labirintin içərisində sağa sola vurnuxan balaca siçan balasını xatırladır. Labirintin həm çıxışında, həm də girişində siçan tələsi qurulub. Rusiyadan çıxış da, qərbə giriş də indi Ermənistan üçün eyni dərəcəli tələyə düşmək təlükəsi yaradır.

Erməni xalqını rusiyadan asılılıq qane etmədi, mövcud olandan daha mükəmməl firəvan həyat tələb etdi. Rusiya icrası mümkün olmayan bu erməni arzunun “reallaşdırmağı” ermənilərin özlərinə həvalə etdi. Çünki Rusiya yaxşı bilir ki, Qarabağ ölüm kabusundan xilas olmadan Ermənistanı firəvan həyat gözləmir. Qarabağ probleminin həlli isə Rusiyanın nə cari və nə də prespektiv planında yer almayıb. Ermənistan da Qarabağ cəbhəsində mövcud status-kvonun saxlanmasında maraqlıdır, çünki əks tədqirdə hökumətin istefası qaçılmazdır.

Rusiya erməni xalqını küçələrə çıxarmaqla özünü, mövcud və gələcəkdə dərinləşəcək, xaos və böhranın yaradacağı neqativ halların cavabdehliyindən sığortalayaraq, bütün günahlarını erməni “xalq”ının üzərinə qoydu. Bununlada Rusiya Ermənistanı bir daha istismar etdi. Çünki etirazlardan yorulmuş və əldən düşmüş əhalini Ermənistanda xoşbəxt həyat gözləmir, dahada dərinləşən böhran, işsizlik yenə də kütləni Rusiyanın bazarlarına istiqamətləndiəcəkdir.

Faiq İsmayılov.

AMEA Hüquq və İnsan Haqları İnstitunun əməkdaşı

Son xəbərlər
Bütün xəbərlər »