Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Natiq Kərimov “Nardaran işi”ndə şahid ifadəsi verib
Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il noyabrın 26-da Nardaranda baş vermiş hadisələrdən sonra həbs edilən Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Nardaran Ağsaqqalar Şurasının sədri Natiq Kərimov şahid qismində ifadə verib. Taleh Bağırzadənin sədri olduğu Müsəlman Birliyi Hərəkatı ilə bağlı sualı cavalandıran Natiq Kərimov hərəkatın qanuni qurum olduğunu, fəaliyyətində hər hansı qanunsuz görmədiyini deyib. Nardaran hadisələrində həbs edilən şəxslərə qarşı irəli sürülən terror ittihamı ilə razı olmadığını deyən N.Kərimov bu ittihamı absurd adlandırıb.

2015-ci ilin oktyabr ayında Taleh Bağırovun müavini Elçin Qasımovun həbsindən sonra Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən insidentlə bağlı da danışan N.Kərimov deyib ki, hər zaman polislə qarşıdurmaya gedilməsinin əleyhinə olub: "Polis haqlı və ya haqsız olaraq bir şəxsi saxlayıbsa, bunu ancaq danışıqla aydınlaşdırmaq olar. Mən o vaxt da demişdim ki, polisə müqavimət göstərmək, onunla qarşıdurmaya getmək qətiyyən olmaz. Kim gedib polisin əlindən zorla adam ala bilər? O vaxt provakasiya edərək, bu cür hadisələrin baş verməsinə səbəb oldular".

Prosesdə digər şahidlər də ifadə verib.

Məhkəmənin növbəti iclası iyulun 7-nə təyin edilib.

Qeyd edək ki, N.Kərimov da Nardaran hadisələrinə görə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Kərimova 4 il sınaq müddəti olmaqla 7 il şərti azadlıqdan məhrumetmə cəzası verilib.

2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub. Əməliyyat zamanı “Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu və digərləri olmaqla ümumilikdə 60 nəfər saxlanılıb. Saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb. Həmçinin qəsdən adam öldürmə, qanunsuz silah saxlama və digər maddələrlə ilə ittiham verilən Taleh Bağırov və digər 18 nəfərin cinayət işi üzrə hökm oxunub.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident sabah xalqa müraciət edəcək
››› Sentyabrın 27-nə olan hava proqnozu
››› Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub
Son xəbərlər
Bütün xəbərlər »