Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Akif Çovdarov və digərlərinin şikayəti üzrə apellyasiya başlayır
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası mayın 8-də başlayır. Bizimyol.info xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakimi Faiq Qasımovun icraatındadır.

İlkin baxış iclasında anket məlumatları dəqiqləşdiriləcək və apellyasiya şikayətlərinin dəlilləri müəyyən ediləcək.

Bakı Hərbi Məhkəməsinin hökmündən verilmiş apelyasiya şikayətində onların barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il azadlıqdan məhrum ediliblər. Həmçinin onların rütbəsinin alınması barədə xüsusi qərardad çıxarılıb.

Bundan başqa, Akif Çovdarov və digərlərinə məxsus, üzərinə həbs qoyulmuş əmlakların müsadirə olunması barədə qərar qəbul edilib. Dövlət Təhlükəsizlik Xidmətinin 3 milyon manatlıq mülki iddiası, eləcə də cinayət işi üzrə tanınmış 60 nəfər zərərçəkmişin mülki iddiası təmin olunub.

Məhkəmənin daha bir qərarı ilə “8-ci kilometr bazarı” kimi tanınan ticarət müəssisəsi dövlət nəfinə müsadirə olunacaq.

Akif Çovdarovun ailə üzvlərinin qaldığı evlər və onların adlarına olan mülklər müsadirə olunmayıb, həmin mülklərin üzərinə qoyulan həbs götürülüb.

Səlim Məmmədovun da ailə üzlərinin yaşadıqları evlərin üzərindən həbs götürülüb, təqaüd kartına qoyulmuş həbs qərarı ləğv edilib.

İş üzrə 16 nəfər mənəvi zərərçəkmişin, eləcə də cinayət işində zərərçəkmiş qismində tanınan “Metropolitenin”nin sabiq rəsi və Yeni Azərbaycan Partiyasının Yasamal rayon şöbəsinin rəisi Tağı Əhmədovun 3 milyon manatlıq mülki iddiası da təmin edilməyib.

Cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox zərərçəkmiş var.

Akif Çovdarov və digərləri Qanunsuz azadlıqdan məhrumetmə, Mənimsəmə və israfemə, hədə-qorxu ilə rüşvət alma və s. cinayətlərdə təqsirli biliniblər.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »