Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lalə Məmmədovadan Elçin Əlibəyliyə: "Qonağı qovmaq heç bir kişiliyə sığmaz"
Əməkdar artist Lalə Məmmədova teleaparıcı Elçin Əlibəylinin Maral Tahirqızını efirdən qovmasına münasibət bildirib.

"Ölkə.Az" xəbər verir ki, sənətçi tanınmış jurnalist Azər Qismətin bununla bağlı yazısını paylaşaraq, dolayısıyla E.Əlibəylini tənqid edib:

"Son günlər efir məkanında baş verənlər onsuz da ürəkaçan deyil. İndi işıqlandıracağım mövzu son damla oldu. Biz ata-babadan görmüşük ki, kimliyindən asılı olmayaraq, qonağa hörmətlə yanaşarlar. Qonağı verilişdən qovmaq nəinki olmaz, hətta deyərdim ki, heç bir kişiliyə sığmaz. Əgər qonaq qadındırsa, ümumiyyətlə bu, yolverilməzdir. Uca Yaradan hamımızı insan olaraq yaratdısa da, verdiyi pay eyni olmadı və buna görə kimsə özünü kimsədən yuxarı saymasın. Güclü olan qarşısındakı zəifə gücünü göstərməklə, özünü qəhrəman saymasın. Düşüncələrimi nə gözəl ki, jurnalist dostumuz Azər Qismət qələbə alıb. Bu, əsl ziyalı tənqididir".

Qeyd edək ki, E.Əlibəylinin aparıcısı olduğu "El bizim, sirr bizim" verilişindən Maral Tahirqızını qovması sosial şəbəkələrdə narazılıqla qarşılanıb.

Son xəbərlər
Bütün xəbərlər »