Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İctimai Birlik Gənclərin xaricdə təhsil imkanlarını və qarşılaşdıqları problemləri müzakirə edib
Qafqaz Araşdırmaları Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan “Gənclərin xarici ölkə universitetlərində təhsilə təşviq edilməsi (turizm və menecment ixtisaslarına yönəlik)” layihəsi çərçivəsində turizm və menecment sahəsində təhsil alan gənclərlə görüş keçirilib. Görüşdə onların müraciəti zamanı qarşılaşdıqları uğursuz nəticələrinin səbəbləri araşdırılmış və tələbələrlə müzakirələr aparılmışdır. Bundan başqa, tələbələrin daha çox müraciət etdiyi ölkələr və universitetləri müzakirə edilərək müsbət nəticələrin əldə olunması üçün diqqət yetirilməli olan məqamlar diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, dünyada gedən prosesləri nəzərə alaraq, növbəti illərdə Azərbaycan gənclərinin innovativ düşüncə və rəqabətədavamlı biliklərin əldə etməsini, gənclər arasında intellektual inkişafı stimullaşdırmaq və əqli mülkiyyətin yüksək dəyər olduğunu təbliğ etmək mühüm əhəmiyyət daşıyır. Bu əhəmiyyətin zəruriliyini qəbul etmək üçün gənclər beynəlmiləlləşməli, onların xarici ölkə universitetlərində təhsili təmin olunmalıdır.

Sonda iştirakçılarla birgə xatirə fotoqrafı çəkdirilmişdir.

Son xəbərlər
Bütün xəbərlər »