Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maral Tahirqızı: "Dedim ki, məni bir də belə qalmaqallı verilişə dəvət etməyin"
Maral Tahirqızı "El bizim, sirr bizim" verilişindən qovulmasıyla bağlı yayılan xəbərlərə münasibət bildirib.

O, "Ölkə.Az"-ın əməkdaşıyla söhbətində bildirib ki, efirə gecikibmiş. M.Tahirqızının sözlərinə görə, o, çəkiliş məkanına çatanda studiyada dava-dalaş gedirmiş:

"Verilişə gecikmişdim. Elə çatanda gördüm ki, verilişdə dava-dalaş gedir, o, ona deyir, bu, buna deyir. Kimsə xalqa deyə bilməz ki, sən filankəsi istəməlisən. Maraqlı deyil, istəmir də. Əgər xalq kimisə dinləmirsə, ona mən günahkaram? Əgər maraq doğura bilsələr, xalq tərəfindən sevilərlər. Dedim ki, məni bir də belə qalmaqallı verilişə dəvət etməyin. Efirdən özüm durub çıxmışam. Kimisə təhqir, tənqid etmək mənlik deyil".

Qeyd edək ki, verilişin aparıcısı E.Əlibəylinin M.Tahirqızıya qarşı qeyri-etik davranışı sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

Son xəbərlər
Bütün xəbərlər »