Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhkəmə Leyla və Arif Yunusla bağlı DİN-dən cavab gözləyir
Bakı Apellyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı, tarixçi Arif Yunusun verdiyi apellyasiya şikayəti üzrə məhkəmə davam edib. Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, təqsirləndirilən şəxslərin məhkəməyə məcburi gətirilməsindən ötrü daxili işlər orqanlarına müraciət olunub. "Polisdən məhkəməyə bu məsələ ilə əlaqədar heç bir cavab gəlməyib".

Leyla və Arif Yunusla bağlı polisdən cavab almaq məqsədilə məhkəmə iyulun 12-nə qədər təxirə salınıb.

Qeyd edək ki, hazırda ölkə xaricində olan Leyla və Arif Yunusla bağl mayın 12-də məhkəmə tərəfindən məcburi gətirilmə çıxarılıb.

Leyla və Arif Yunuslar 2014-cü ilin iyununda həbs olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsi 2015-ci ilin avqust ayında Leyla Yunusun 8 il 6 ay, Arif Yunusun isə 7 il azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb. Leyla Yunus dələduzluq, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, sənəd sxatlaşadırması, Arif Yunus isə dələduzluq maddəsi ilə təqsirli bilinib.

Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib.

Bakı Apellyasiya Məhkəməsinin 2015-ci il noyabrın 12-də keçirilən prosesində Arif Yunusun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib, ondan başqa yerə getməməklə bağlı iltizam alınıb. Bundan sonra A. Yunus məhkəmə zalından azadlığa buraxılıb.

2015-ci il dekabrın 9-da isə Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən Leyla Yunus barəsində təyin olunan 8 il 6 ay, Arif Yunus barəsində təyin olunan 7 il müddətində azadlıqdan məhrum etmə cəzası 5 il sınaq müddəti təyin olunmaqla şərti hesab edilib.

Leyla və Arif Yunus səhhətlərində yaranan problemlərlə bağlı ölkədən kənarda müalicə almalarına icazə verilməsi ilə bağlı müraciətini Ali Məhkəmə təmin edib və onlar ğlkəni tərk edərək Hollandyaya gediblər.

Bir müddət əvvəl isə Ali Məhkəmə Yunusların şərti cəza ilə azadlığa buraxılması haqda Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarını ləğv elədi, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilib.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »