Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhkəmə ilahiyyatçı barəsində hökm çıxardı
Sərdar Babayev 3 il müddətinə azadlıqdan məhrum edildi

Masallı rayon Məhkəməsində "maide.az" saytının həbsdə olan baş redaktoru, ilahiyyatçı Sərdar Babayevin cinayət işi üzrə son məhkəmə prosesi keçirilib. Vəkil Cavad Cavadovun verdiyi məlumata görə, hakim Anar Alməmmədovun sədrlik etdiyi prosesdə dövlət ittihamşısı təqsirləndirilənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə isə S. Babayevin 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Sərdar Babayev Cinayət Məcəlləsinin 168-1.3 (Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma təkrar törədildikdə) maddəsi ilə təqsirli bilinib.

1991-2000-ci illərdə İranın Qum şəhərində yerləşən Beynəlxalq Əl Mustafa Universitetinin Quran və İlahiyyat fakultəsini bitirən S.Babayev 2009-cu ildən Masallıda yerləşən şəhər məscidində cümə namazlarına rəhbərlik edib.

Vəkilin bildridiyinə görə, 2016-cı ilin noyabrında Masallı şəhər məscidi təmir adı ilə rayon icra hakimiyyəti tərəfindən bağlanıb. Buna baxmayaraq cümə namazları Sərdar Babayevin rəhbərliyi ilə məscidin həyətindəki mərasim zalında davam etdirilib. 2016-cı ilin noyabrında Masallı rayon icra hakimiyyətinin başçısı Sərdar Babayevin barəsində Cinayət Məcəlləsinin 168-1.1 maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün hüquq mühafizə orqanlarına müraciət edib.

Onun barəsində 2017-ci il fevralın 22-də həbs-qətimkan tədbiri seçilib və ittiham irəli sürülüb.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› Raketi görməyənlər, şəhid ailəsinin daşı ilə özünə tualet tikənlər – Qısası, İcra Hakimiyyətləri
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› İnsanlar beynini qida ilə sıradan çıxarır
››› Putinin istəyinə çatması Rusiyaya nəyin bahasına başa gələcək...
››› Pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
››› “30 ildir yaşadığım evin mülkiyyət sənədini almağıma imkan vermirlər”
Son xəbərlər
Bütün xəbərlər »