Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: "Yüksək maaş az korrupsiya anlamına gəlmir"
Milli Məclisin deputatlarının maaşlarının 10 faiz qaldırılması barədə verilən xəbərlər cəmiyyətdə birmənalı qarşılanmadı. Bəziləri deputatlara hətta 8 min manat məbləğində maaşın az  gələcəyini söyləyir, bəziləri bu məbləğin 15 min manat məbləğində olmasını məqsədəuyğun sayır, bəziləri isə bütün əhali təbəqəsinin yüksək maaşla təmin olunmasının vacibliyini vurğulayır. İqtisadçı ekspert Vüqar Bayramovun fikrinə görə,  məmur daxil olmaqla hər bir vətəndaşımızın yüksək maaş alması arzuolunandır.

" Amma yalnız bir kateqoriya üzrə əmək haqqı artımında bir sıra məqamların gözlənilməsinə ehtiyac var. Əvvəlla, məmurların maaşı ilə orta aylıq əmək haqqı arasında kəskin fəriq heç bir halda arzuolunan deyil. Məmurların və eləcə də deputatların maaşındakı artım orta aylıq əmək haqqıdakı artım tempindən kəskin fərqlənməməlidir. İkincisi, dövlət qurumlarında maaşın normal olması vacib olsa da belə yüksək əmək haqqı heç də hər zaman korrupsiyaya qarşı mübarizədə səmərəli vasitə deyil. Beynəlxalq Valyuta Fondu bir müddət öncə korrupsiya ilə əmək haqqı arasındakı asılılığı müəyyənləşdirmək üçün İndoneziya Maliyyə Nazirliyinin işçilərinin maaşlarını fondu vəsaiti hesabına 2 dəfə artırmışdı. 1 il sonra fond bu əmək haqqı artımının korrupsiyaya necə təsir etdiyini araşdıran zaman bəlli olmuşdur ki, həmin dövlət qurumunda rüşvətin həcmi də 2 dəfə artıb. Rüşvətin həcmi əmək haqqındakı artıma uyğunlaşdırılıb. Deməli, yüksək maaş heç də həmişə az korrupsiya anlamına gəlmir. Bu isə o deməkdir ki, əmək haqqı artımları nəzarətin gücləndirilməsi ilə müşahidə edilməlidir ki, korrupsiyanın həcmi artmasın əksinə azalsın. Nəhayət, hər bir qurumda əmək haqqı səviyyəsi o qurumda xidmət səviyyəsinə uyğun olmalıdır. Əmək haqqı artımından öncə xidmətin keyfiyyətini yüksəltməyə ehtiyac var".

Milli Məclisin deputatlarının maaşları 10 faizi  artırılaraq tutduqları vəzifəyə görə təxminən 1700- 2500 manat təşkil edəcək. Artımdan sonra parlamentin sədri 3 min 712 manat 50 qəpik, sədrin I müavini 3 min 340 manat 50 qəpik, Milli Məclis sədrinin müavini 3 min 154 manat 50 qəpik, Milli Məclisin komitə sədri 2 min 970 manat, komitə sədrinin müavini 2 min 784 manat, sıravi deputat isə 2 min 598 manat maaş alacaq.

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »