Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə sərnişinlərin də içərisində olduğu təyyarədə yanğın olub

Türkiyənin Ərzurum şəhərindəki hava limanında “Anadolujet” şirkətinə məxsus sərnişin təyyarəsinin mühərrikində yanğın olub.

Oxu.Az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə təyyarənin uçuşa hazırlaşdığı zaman baş verib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın söndürülüb və yarana biləcək təhlükə aradan qaldırılıb.

Təyyarənin sərnişinləri təxliyyə olunub.

Hava gəmisi Ərzurum-İstanbul marşrutu ilə uçuşa hazırlaşırmış.

Yanğına benzin sızmasının səbəb olduğu deyilir.

Son xəbərlər
Bütün xəbərlər »