Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreya :"ABŞ işləri çətinləşdirir"

ABŞ və Şimali Koreya arasında mövcud olan nüvə proqramı məsələsinin həlli məqsədilə ABŞ qarşı tərəfə diplomatik təzyiqlər etməyə davam edir.

Publika.az xəbər verir ki, Şimali Koreyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi ABŞ-ın təhdid və təzyiqlərinin bu problemin həllində heç bir əhəmiyyətli dəyişiklik etməyəcəyini deyib:

"İki ölkə arasındakı mövcud nüvə problemini həll etmək üçün çıxış yolu təhdid deyil. Şimali Koreya öz növbəsində sülhə yönəlmiş addımlar atır. Belə bir zamanda ABŞ-ın Şimali Koreyanı planlı şəkildə təhdid etməsi ictimaiyəti yanlış istiqamətə yönləndirir".

Şimali Koreya rəsmilərinin sözlərinə görə, Koreya yarımadasının nüvə silahlarından təmizlənməsi prosesini ABŞ tərəfinin sanksiya nəticəsi kimi qələmə verməsi vəziyyəti daha da çətin mərhələlərə doğru aparacaq.

Son xəbərlər
Bütün xəbərlər »