Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin inauqurasiya mərasiminin ssenarisi açıqlandı

Vladimir Putinin inauqurasiya mərasimi ənənəvi ssenari ilə keçiriləcək.

Oxu.Az TASS agentliyinə istinadla xəbər verir ki, prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bu barədə açıqlama ilə çıxış edib.

Mərasim mayın 7-də keçiriləcək. Mərasimin başlanğıcında Putin iş kabinetindən Böyük Kreml sarayına gedəcək və inauqurasiya baş tutacaq.

“Bundan sonra prezident Qırmızı meydana çıxacaq və Kreml bölüyünün paradını izləyəcək”.

Mərasimə qatılacaq qonaqlar sarayın zallarında və ümumi meydanda toplanacaq.

Son xəbərlər
Bütün xəbərlər »