Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu Qızılburun kəndi ərazisindən keçən hissəsində "Mersedes" və "Niva" markalı avtomobillər toqquşub.
Bizinmyol.info-un APA-ya istinadən xəbərinə görə, nəticədə "Mersedes" yolayırıcındakı metal səddə çırpılıb. Qəza zamanı avtomobildə olan 5 nəfər xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Hadisənin təfərrüatları müəyyənləşdirilir.