Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
66 yaşlı qadın çöllərdə gecələyir - Video

Bakı sakini, 66 yaşlı Səyyarə Cabbarova 2 il 6 aydır paytaxt küçələrində gecələyir.

Onun nə getməyə, nə də yaşamağa yeri var.

Xezerxeber.az-ın məlumatına görə, həyat yoldaşı dünaysını dəyişəndən sonra oğlu Səyyarə xanımın evini sataraq onu küçəyə atıb.

Evsiz-eşiksiz qalan Səyyarə Cabbarova hər gün paytaxtın müxtəlif küçələrində gecələyir. Soyuq asfalt üstündə yatmaqdan, yaşlı qadının səhhətində də ciddi problemlər yaranıb. Çöllərdə qaldığı üçün sənədlərini, pensiya kartını da itirib.

Səyyarə Cabbarovanın oğlu Səmədlə ilə əlaqə saxlamaq istədik. Lakin qadında oğlunun hər hansı kontakı olmadığından cəhdimiz baş tutmadı. Qadının qardaşı oğlu Kamran isə telefonla bizə bildirdi ki, Səməd burda yaşamır, hazırda Rusiyadadır. Qardaşı oğlu bu məsələ ilə bağlı onu narahat etməməyimizi bildirdi.

İndi Səyyarə Cabbarova qocalar evinə və ya sığınacağa yerləşdirilməsini gözləyir.

Son xəbərlər
Bütün xəbərlər »