Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yevgeni Kasperki ABŞ Konqresində hesabat verməyə hazır olduğunu bəyan edib
Dünyanın ən iri antivirus şirkətlərindən biri olan "Kaspersky Lab"ın təsisçisi və baş direktoru Yevgeni Kaspeski ABŞ hökumətinə şirkətin istehsalı olan proqramların yekun kodlarını təqdim etməyə hazır olduğunu bəyan edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Y. Kasperski "Associated Press" agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, yekun kodlarla tanışlıq proqramlarda casus elementlərinin olmadığını sübut etməyə kömək edəcək.

Bununla yanaşı, şirkət rəhbəri qeyd edib ki, "Kaspersky Lab" bəzi tədqiqat strukturlarını ABŞ ərazisinə köçürməyə hazırdır. Y. Kasperski ABŞ Konqresində hesabat verməyə hazır olduğunu da əlavə edib. "ABŞ hökumətinə lazımdırsa, biz yekun kodu açıqlamağa hazırıq. Mən şirkətimizin pis niyyətinin olmadığı sübut etmək üçün hər şeyə hazıram", - deyə şirkət rəhbəri qeyd edib.

Y. Kasperski deyib ki, bəzi məmurlar ona əməkdaşlıqla bağlı təklif verib və söhbət başqa sistemlərə müdaxilədən gedib. Şirkət rəhbəri söhbətin hansı ölkənin hökumətindən getdiyini açıqlamayıb, lakin qeyd edib ki, bunun rəsmi Moskva ilə əlaqəsi yoxdur. "Mən dərhal təklifi rədd etdim. Mən bu barədə ümumiyyətlə danışmaq istəmirəm", - deyə o bildirib.

Biznesmen onun və rəhbərlik etdiyi şirkətin Rusiya hökuməti və hüquq-mühafizə orqanları ilə əlaqələrinin olduğu barədə yayılan xəbərləri "boşboğazlıq" adlandırıb. Bununla yanaşı, Y. Kasperski deyib ki, bu cür xəbərlərin yayılmasının əsas səbəbi rəqib şirkətlərin biznes maraqları ola bilər. "Bəziləri bizim uğurlarımızı həzm edə bilmir", - deyə o qeyd edib.

apa.az

Son xəbərlər
Bütün xəbərlər »