Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daxili İşlər nazirinə sui-qəsd

Pakistanın daxili işlər naziri Ahsan İkbal Pəncab vilayətində Naroval şəhərində sui-qəsd zamanı yaralanıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Geo TV məlumat yayıb.

Məlumata əsasən, hadisə mitinq zamanı baş verib.

DİN rəhbəri öz avtomobilində olarkən 20-22 yaşlı gənc ona atəş açıb.

Güllə nazirin sağ çiyninə dəyib, o xəstəxanaya yerləşdirilib.

Hazırda Ahsan İkbalın vəziyyəti normaldır, ona həyatına heç bir təhlükə yoxdur.

Nazirə atəş açan şəxs saxlanılıb, lakin hüquq-mühafizə orqanları onun adını açıqlamayıblar.

Son xəbərlər
Bütün xəbərlər »