Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda ailə dramı: 3 uşağı küçəyə atdılar (VİDEO)
Bakıda yolun kənarından bacı-qardaş olan 3 azyaşlı uşaq tapılıb. Dediklərinə və əllərindəki bağlamadan çıxan sənədlərə əsasən onları küçəyə nənələri atıb. Uşaqlar tapılarkən baxımsız vəziyyətdə olublar. Lakin onlar sığınacağa yerləşdirilib, polis onların valideynlərini axtarır.

Bakıda azyaşlı 3 uşaq nənələri tərəfindən küçəyə atılıb. Körpələri yolun kənarından Nəsimi rayon Polis İdarəsinin əməkdaşaları aşkarlayıb. Azərbaycan Uşaqlar Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdiriln azyaşlıların hüquqi və psixoloji reabilitasiyası rəsmən aktlaşdırılıb.

Uşaqların vəziyyəti yaxşıdır. Onlar qida və təmiz geyimlə təmin olunublar. Sabahdan onların valideynlərinin axtarışına başlanacaq. Balacaları küçəyə atıb qaçan nənə barəsində də hüquq mühafizə orqanlarına müraciət ediləcək. Nənə uşaqları küçəyə atarkən onların əlinə bir çanta da verib. Çantanın içərisində isə sənədlər olub.

Sığınacaqdan uşaqların sığınacaqda olduğu haqqda Ağsu rayon Polis İdarəsinə məlumat da verilib, atalarının axtarılması ilə bağlı mütaciət edilib. Ümid edilir ki, ata övladlarından xəbərsizdir və bəlkə də məlumat ona çatarsa yiyə durar.

Nigah haqqında şəhadətnamədəki tarixə əsasən azyaşlıların valideynləri 2 ildir boşanıb. Lakin notarial qaydada ananın 2 qızını nənələrinə etbar etməsi sənədindəki tarixdə ötən ay göstərilib. Deməli ana bir və ya bir neçə həftə əvvəl qaçıb. Bəs nənə uşaqları neçə gün saxlayıb? Məsələ ilə bağlı açıq qalan suallar çoxdur. Cəmiyyəti düşündürən isə sadəcə atılan 2 qız və 1 oğlan uşağının gələcək taleyidir.

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »