Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın məşhur polisləri (FOTOLAR)
Bu gün Azərbaycan Polisi Günu qeyd olunur. "

24.az Azərbaycanın polis adı daşıyan məşhurlarının siyahısını təqdim edir:

Əməkdar artist Cabir İmanov – 18 ildir ki, polis orqanlarında çalışır. Hazırda polis polkovnik-leytenantıdır.

“Ağ canavar” ləqəbli azərbaycanlı kikboksçu, 15 qat Azərbaycan çempionu Eduard Məmmədov - Hazırda Daxili İşlər Nazirliyində işləyir, polis polkovnik-leytenant rütbəsindədir və öz fəaliyyətinə görə bir sıra mükafatlara layiq görülüb.

Güləş üzrə Azərbaycanın birinci Olimpiya çempionun kimi tarixə düşən, Avropa və Olimpiya çempionu, dünya çempionatının finalçısı Namiq Abdullayev - hazırda polis polkovnik-leytenantıdır.

Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov - Daxili İşlər Nazirliyində, Nərimanov rayonu cinayət axtarış şöbəsində polkovnik-leytenant rütbəsində işləyir.

Stend atıcılığı üzrə olimpiya mükafatçısı Zemfira Meftahətdinova - 1994-cü ildən polis orqanlarında işləyir, polis polkovnik-leytenantıdır.

Son xəbərlər
Bütün xəbərlər »